Tərcümənin təkrarlanması

müvafiq xarici dildə və müvafiq ədəbiyyatda realizə olunmuş orijinala münasibətdə tərcümə variantları. Tərcümənin təkrarlanması dilin inkişafındakı dəyişikliklərlə, üslublar fərqi ilə, metakommunikativ kontekst dəyişilmələri, müəyyən dövrdə olan estetik tələb və zövqlərin və s. inkişafı ilə bağlıdır. Əgər qəbul edən mühitin tələbləri mövcuddursa, yeni nəsil və ədəbi məktəb və istiqamətlərin dəyişilməsi bunu tələb edirsə, bu zaman orijinal əsər yenidən tərcümə olunur. Bəzi hallarda isə tərcümənin təkrarlanması heç də ədəbi-zövq motivləri ilə yox, həm də zahiri səbəblərlə (məsələn, kommersiya maraqları ilə) bağlı olur. Belə tərcümələr seriyasını invariantların üslubi dağınıqlığı xarakterizə edir ki, onun köməyilə ədəbi-tarixi fenomeni obyektiv tədqiq etmək olar.
Tərcümənin subinterpretasiyası
Tərcümənin tərtibatı